Boyunda yaranan dəri xəstəliyinə görə hicabı açmaq olarm?

    06.11.2016
Kimdən: 
aysel
Sual: 
salam menim 15 yasim var men hicabdayam iki ildiki menim boynumda hicab taxanan lekeler cixib ve bu leke uzume cixma etimali var mene hekim dediki hicabi acmaliyam boynum gun gormelidir bu gunahdi
Cavab: 

Və aleykum Salam. Bununla bağlı islam alimlərinin fətvalarından birində deyilir: "Bu hal tam zərurət həddinə çatmadıqca birbaşa həkimin məsləhətilə hicabı açmaq doğru deyil. Ona görə də, bu sahədə etibarlı və işlərini mükəmməl bilən həkimlərin müayinəsi ilə sizdəki bu xəstəliyin səbəbinin həqiqətən hicabla əlaqəli olmasına tam əmin olmaq lazımdır. Əslində bu xəstəliyin yalnız hicabı açmaqla aradan qalxması heç də inandırıcı görünmür. Həmçinin, biz hicabın buna səbəb kimi göstərilməsinə təəccüb edir, habelə bunun həqiqət olmasını da qeyri-mümkün sayırıq. Biz bu işin mütəxəssisləri kimi tanınan bəzi etibarlı həkimlərdən soruşduq ki, "həqiqətən, hicab baş-boyun nayihələrində belə dəri xəstəliklərinin yaranmasına səbəb ola bilərmi?" Onların cavabı isə, "bu kimi xəstəliklərə düçar olanlara hicab bağlamaq əsla mənfi təsir göstərmir" oldu. Lakin, ola bilər ki, hicab istehsal olunduğu parçanın növündən asılı olaraq bəzi dəri xəstəliklərinə mənfi təsir göstərsin və yaxud onların yaranmasına səbəb olsun. Belə olduqda da digər zərərsiz parçalardan hazırlanan hicablardan istifadə etməklə bu problemi aradan qaldırmaq olar. Ən doğrusunu Allah bilir!"

Paylaş: