Əgər qadının həyat yoldaşı ona ata soyadına qayıtmağa icazə vermirsə, nə etməlidir?

    18.07.2026
Sual: 
Salam Aleykum, əgər qadın evlənməmişdən öncə yoldaşının soyadına keçməyin haram olduğunu bilmirdisə yenə də ona günah yazılırmı? Yenidən ata soyadıma keçmək istəyirəm lakin yoldaşım icazə vermir. Bu halda nə etməliyəm ,zəhmət olmasa cavablayardınız.
Cavab: 

Və aleykum Salam. Əgər bu işin haram olduğunu bilmədən etmisinizsə, bilməməyiniz səbəbindən sizə günah yazılmır. Lakin həqiqəti öyrəndikdən sonra müsəlman Allahın hökmünə tabe olmağa çalışmalıdır. Ata soyadına qayıtmaq üçün yoldaşınıza gözəl üslubla və hikmətlə danışın və bunun şəri səbəbini izah edib onu razı salmağa çalışın. Əgər soyadın dəyişdirilməsi sizin ixtiyarınızda deyilsə və yoldaşınız buna mane olur, siz də bunu dəyişməyə qadir deyilsinizsə, bilin ki, Allah heç kəsi gücünün çatmadığı işlə mükəlləf etməz. Buna baxmayaraq, imkan yaranan kimi ata soyadınıza qayıtmağa çalışın, Allahdan yardım istəyin və bu məsələdə səbirli olun. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: