Falçının yazdığı kağızı cırıb atmağımla qismətim bağlanmış ola bilərmi?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, heç bir halda falçıya getmək icazəli deyil. Falçıya getmək və qeybdən xəbər öyrənməyə çalışmaq haramdır, buna görə Allaha səmimi tövbə edin və bir daha belə yerlərə getməyin. Əgər falçının dediklərinə inanaraq onun qeybi bildiyini düşünmüsünüzsə, bu daha da böyük günahdır və belə düşünmək küfrdür. Bu barədə ətraflı oxuyun:
Falçının yazdığı kağızı cırıb atmağınızla qismətiniz bağlanmayıb, evlilik və ruzi Allahın Əlindədir, heç bir kağız Allahın insan üçün yazdığı qisməti dəyişə bilməz. Allaha təvəkkül edin və bilin ki, heç kəs Allahın sizin üçün yazdığını dəyişdirə bilməz. Dua edərək Allahdan sizə xeyirli həyat yoldaşı nəsib etməsini diləyin və bu hadisəyə görə qismətinizin bağlandığını düşünərək narahat olmayın. Həmçinin oxuyun:
Cadugərin yazdığını məhv etmək üçün nə edim?