Falçının mənim barəmdə dediyi doğru ola bilərmi?

    18.07.2022
Kimdən: 
Seva
Sual: 
Salam çox sağolun tesekkur edirem verdiyim suallara cavab verdiyiniz üçün .meni bir şey çox narahat edir demek olar gecem gündüzüm yoxdu cahil vaxtımda bir falçı yeni baxıcı qadin menimcun baxmışdı və demişdi ki senin uzun süren xesteliyin olacaq qadinliqla bağlı. Təbii hərşey Allahın elindedi. Amma yadımdan çıxmır içimde hey şübhə varki göresen düzmü deyir .xahiş edirem mene meslehet verin .indi min şükür tövbə edib ele insanlardan uzağam amma cahil vaxtıma rast gelmisdi internet üzerinden baxmışdı yeni telefonla yanına getmemisem xahiş mene kömək edin bu duz ola bilermi mən ne etmeliyem .şükür namaza başlamışam qılıram xahiş sualımı cavablayardiz
Cavab: 

Va aleykum Salam. Falçıların dediklərinə inanmaq və onların dediklərini təsdiqləmək haramdır. Çünki qeybi Uca Allahdan başqa heç kəs bilmir. Bu barədə ətraflı oxuyun:

Falçılar gələcəyi bilirlərmi?

İnsan fala baxdırarsa, dindən çıxmış sayılarmı?

Odur ki falçının sizə dediklərinə inanmayın və həmişə Uca Allah barədə gözəl zəndə olun. Bilin ki əgər Uca Allah sizin qədərinizə xəstəlik yazmayıbsa, bu xəstəlik heç vaxt sizi tutmayacaq. Əksinə Uca Allah sizin qədərinizə bir xəstəliyi yazmışsa, bunu sizdən heç kəs dəf edə bilməz. Allaha dua edərək Ondan dünya və axirətdə afiyət istəyin. Falçıların belə şeylər deyərək sizə vəsvəsə salmasına fikir verməyin. Onların dediklərinin çoxu yalandır. Siz nikbin olub Allahın sizə verdiyi həyatla yaşayın və Allaha şükürlər edin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: