Zəkatın fərz olduğunu bilməyən şəxs keçmiş illərin zəkatını verməlidirmi?
Sual:
Salam alekum bir insan müsəlmandı ama hələ nə namazı tam bilir nə də zəkatı tam bilir hələ bilmirsə ama 3 ildə zəkat fərz olduğu müddətdə vermiyib çünki bilməyib soradan namazla və zəkatla islamla tam anlayıb dərk edibsə 3 ilin keçmiş zəkatını verməlidir yoxsa yox?
Cavab:
Və aleykum Salam. Əgər həmin insanın malı zəkat nisabına çatmış və zəkatın fərz (vacib) olması üçün şərtlər tamam olmuşdusa, sadəcə bilmədiyi üçün zəkat verməyibsə, daha doğru olan rəyə görə keçmiş illərin zəkatını təqribi hesablayıb verməlidir. Çünki zəkat Allahın maldakı haqqıdır və bu haqq bilməmək səbəbilə müsəlmanın üzərindən düşmür. Keçmiş illərin zəkatını gücü çatdığı qədər hesablayıb ehtiyac sahiblərinə verməyə çalışmalıdır. Həmçinin oxuyun: