Sədəqə verərkən savabını özümüzə niyyət etsək daha fəzilətli olar, yosa sağ olan və vəfat etmiş şəxslərə?

    23.11.2026
Sual: 
السلام عليكم ورحمة الله وبركاته ● Qardaşı üçün dua edənə mələklərin "sənə də onun misli olsun" deməsi kimi, başqasının adına sədəqə verməyin bizə faydası necədir? ● Əməl və fəzilət baxımından sədəqəni sırf öz adımıza verməyi artırmaq daha əfzəldir, yoxsa hər dəfə niyyətimizi geniş tutub başqalarını da bu xeyrə ortaq etmək daha bərəkətlidir? Bu məsələnin şəri ölçüsü və hikməti barədə bilmək istəyirəm Cəzəkullahu xayran
Cavab: 
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. İnsanın öz adından sədəqə verməsi və sədəqəsinin savabına digər vəfat etmiş şəxsləri də şərik etməyi niyyət etməsi icazəlidir. Çünki ölünün buna ehtiyacı var və o, artıq əməl etmək imkanına malik deyil. 
Lakin həyatda olan və bu əməli özü yerinə yetirməyə qadir olan insanları sədəqənin savabına şərik etməyə gəlincə, bu barədə dinimizdə bir dəlil yoxdur. Buna görə də bundan çəkinmək daha məqsədəuyğundur. Çünki belə etmək diri insanın həmin əməli onun əvəzinə Allaha yaxınlaşmaq məqsədilə yerinə yetirən şəxsə arxalanmasına səbəb ola bilər. Bu, nə səhabələrdən (Allah onlardan razı olsun), nə də saleh sələflərdən nəql olunmuşdur. Onlardan nəql olunan budur ki, onlar dinimizdə buyurulan bəzi ibadətlərin (həcc, ümrə, sədəqə sə s.) savabını ölülərə hədiyyə edərdilər. Diri insanlara gəldikdə isə, bu cür əməl onlardan nəql olunmamışdır. Yalnız həcc kimi fərz ibadətlər istisnadır. Belə ki, bu, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə də mövcud olmuşdur. Lakin bunun da şərti budur ki, əvəzinə həcc yerinə yetirilən şəxs aradan qalxacağı gözlənilməyən daimi acizlik səbəbindən həcci özü yerinə yetirə bilməsin.
Qardaşın üçün dua etdikdə mələyin "Sənə də onun misli olsun" deməsi isə ayrıca bir fəzilətdir və bu hədisi sədəqənin savabını dirilərə hədiyyə etməyin dəlili kimi götürmək olmaz. Həmçinin oxuyun:
Paylaş: