Sədəqə verərkən bunun qarşılığında dua edilməsini istəmək şirk sayılırmı?

    14.11.2026
Sual: 
السٌلام عليكم و رحمة الله müəllim bəzi sədəqə saytları var, orada nə üçün dua edilməsini istədiyini seçə bilir vəya özün xüsusi dua yaza bilirsən. sualım belədir ki, ümumiyyətlə birindən dua istəmək vəya birinin sənə edəcəyi duasına etiqad etmək, sədəqə qarşılığında xüsusi dua elətdirmək bunlar şirkdən bir paydırmı? بارك الله فيكم
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bir müsəlmandan sizin üçün Allaha dua etməsini istəmək öz-özlüyündə şirk deyil. Çünki möminlərin bir-biri üçün dua etməsi şəriətdə icazəlidir. Bu barədə ətraflı oxuyun:

Seyiddən mənim üçün dua etməsini istəmək olarmı?


Sədəqə verən şəxsin sədəqə verdikləri şəxsdən onun üçün dua etməsini istəməsi sədəqənin savabını aparmır. Lakin daha kamil olanı budur ki, sədəqə verən şəxs bunun mükafatını Allahdan umsun və qarşı tərəfdən heç bir şey tələb etməsin. Rəvayət olunur ki, səhabələr sədəqə verdikləri şəxsin etdiyi duanı eyni şəkildə ona qaytarırdılar ki, sədəqənin savabını tam olaraq qazansınlar. Rəvayət olunur ki, bir dəfə Allah Elçisinə (sallallahu aleyhi və səlləm) bir qoyun hədiyyə edilmişdi. Peyğəmbər Aişəyə buyurdu: "Onu bölüşdür!" Aişə (Allah ondan razı olsun) qoyunu bölüşdürüb kasıblara paylamaq üçün xidmətçiyə verdi. Xidmətçi geri qayıtdıqda ondan soruşdu: "Onlar (kasıblar) nə dedilər?" Xidmətçi: "Allah sizə bərəkət versin" - dedilər. Aişə belə cavab verdi: "Allah onlara da bərəkət versin. Biz onların dediyinin eynisi ilə cavab veririk, savabımız isə özümüzə qalır!"

Teqlər: 
Paylaş: