Corab üzərinə məshin müddəti necə hesablanır?

    20.11.2026
Kimdən: 
Daimi oxucu
Sual: 
Əssəlamu əleykum. Əvvəla, sizə hər şey üçün təşəkkür etmək istəyirəm. İnsanların suallarına sizin verdiyiniz cavabları oxuyub, çoxlu yeni məlumat öyrənə bilirəm. İndi isə keçim sualıma. Mən sizin ayağa məsh çəkmək haqqında cavablarınızı oxudum, amma bir məqamı dəqiqləşdirmək istərdim. 1 (səfərdə olanlar üçün isə 3) gün ərzində eyni corabın üzərinə məsh çəkmək deyəndə, nə nəzərdə tutulur: gecə saat 00:00-a qədər, yoxsa dəstəmaz alınandan 24 (72) saat ərzində həmin coraba (əgər ayaqdan çıxarılmayıbsa) məsh çəkmək icazəlidir?
Cavab: 

Və aleykum Salam. Corab və ya xuf üzərinə məsh çəkmək üçün müəyyən edilmiş müddət gecə saat 00:00-a qədər deyil, ilk dəfə məsh çəkildiyi andan etibarən hesablanır. Səfərdə olmayan şəxs ilk məsh çəkdiyi vaxtdan etibarən 24 saat, səfərdə olan şəxs isə ilk məsh çəkdiyi vaxtdan etibarən 72 saat ərzində dəstəmazlı halda geyindiyi corabın və ya xufun üzərinə məsh çəkə bilər. Məsələn, bir şəxs səhər saat 08:00-da dəstəmaz alıb corablarını geyinib, saat 10:00-da ilk dəfə corablarına məsh çəkərsə, onun üçün 24 saatlıq müddət növbəti gün saat 10:00-da başa çatır. Səfərdədirsə, 72 saatlıq müddət üçüncü gün saat 10:00-da tamamlanır. Burada mühüm məqam budur ki, müddət corabı geyindiyi və ya dəstəmaz aldığı vaxtdan deyil, ilk dəfə corabın üzərinə məsh çəkdiyi vaxtdan başlayır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: