Ərim evlənməzdən əvvəl ayrı yaşayacağımıza söz versə də, indi məni ailəsi ilə bir evdə yaşamağa məcbur edir. Bu doğrudurmu?
Sual:
Salam aleykum. Yoldaşım mənimlə evlənməzdən öncə mənə ailəsindən ayrı yaşayacağını söz verib gətirib. Lakin indi o məni ailəsi ilə bir yerdə saxlayır. Evdə də naməhrəm baldızım oğlunun var və bu məni çox narahat edir. Mən bunu yoldaşıma deyəndə əsəbləşir və mənə ev tikdiyini, biraz səbrli olmağımı deyir. Həmçinin günahkar biridir mənə də gözəl örnək olmur. Atasına siqaret alır və s.. bu halda mən gəl ayrılaq mən səbr edə bilmirəm deyəndə mənə səbrli ol deyir. Mən bu halda nə etməliyəm?
Cavab:
Və aleykum Salam. Əgər əriniz evlənməzdən əvvəl sizə ailəsindən ayrı yaşayacağını vəd edibsə, bu vədinə əməl etməlidir. Xüsusilə bu şərt nikah zamanı razılaşdırılıbsa, onun yerinə yetirilməsi daha da əhəmiyyətlidir. Siqaret almaq və digər günahlar barədə ona hikmətlə nəsihət edin. Ərinizin dini baxımdan nöqsanlarının olması isə ailəni dərhal dağıtmaq üçün əsas deyil. Həmçinin oxuyun:
Qayınana-qayınata ilə birgə yaşadığımız ev dar olduğu üçün ərimdən ayrıca ev istəməyim günahdırmı?