Xidməti avtomobilin yanacağınından əldə edilən pul ilə həmin avtomobilin ehtiyat hissələrini almaq olarmı?
Və aleykum Salam va rahmətullahi va bərakətuhu. Bu məsələdə əsas meyar benzinin sürücüyə hansı şərtlərlə ayrılmasıdır. Çünki xidməti avtomobil üçün ayrılan yanacaq sürücünün şəxsi mülkü deyil, müəssisənin əmlakıdır. Əgər şirkət tərəfindən sürücüyə verilən yanacaq yalnız xidməti avtomobilin ehtiyacları üçün nəzərdə tutulubsa, sürücünün artıq qalan benzini müəssisənin icazəsi olmadan bakdan çəkib satması və pulunu başqa məqsədlərə xərcləməsi icazəli deyil. Hətta həmin pul şəxsi qazanc üçün deyil, avtomobilin ehtiyat hissələrini almaq üçün istifadə edilsə belə, bu, özbaşına müəssisənin əmlakından istifadə etmək sayılır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Əmanəti sənə etibar edənə qaytar və sənə xəyanət edənə sən də xəyanət etmə". (Əbu Davud, 3534).
Əgər müəssisənin daxili qaydalarına əsasən artıq qalan yanacaq sürücünün sərəncamına verilirsə və ya səlahiyyətli rəhbərlik həmin benzinin satılaraq əldə edilən vəsaitin avtomobilin təmirinə xərclənməsinə icazə verirsə, bu halda icazə verilən çərçivədə hərəkət etmək olar. Odur ki, sürücü artıq qalan benzini özbaşına satmamalıdır. Bunun üçün müəssisənin səlahiyyətli rəhbərliyindən icazə almalı və əldə edilən vəsaiti də yalnız icazə verilmiş məqsədə sərf etməlidir. Çünki yaxşı niyyət insanın başqasına məxsus əmlak üzərində icazəsiz sərəncam verməsini halal etmir. Həmçinin oxuyun: