Dəstəmaza başlayarkən niyyəti qəlbdə etmək və bir dəfə "Bismilləh" demək kifayətdirmi?

    14.11.2026
Kimdən: 
Gunay
Sual: 
Salam destamaza baslyarken ureyim niyyet etdim destamaz almaqa deyirem bu bidetti? Ele olurki deyirem destamazi başdan almaqa başlayanda birde tezden deyirem ureyimde bismilleh belke 3 5 defe deyirem deyirem bele olmadi bele sehvdi voobşem besmelesiz destamaza başlamiram onsuz destamaz kecersizdi oxumuşdum eledi? bidefe besmele demek kifayetti hetta suyu kesib acsam tezden baslasam?
Cavab: 

Va aleykum Salam. Dəstəmaza başlayarkən ürəyində dəstəmaz almaq üçün niyyətin olması kifayətdir. Niyyəti dillə demək lazım deyil, çünki niyyətin yeri qəlbdir. Bu barədə ətraflı oxuyun:


Dəstəmazın əvvəlində "Bismilləh" demək əksər alimlərə görə müstəhəbdir, vacib deyil. Dəstəmazın əvvəlində bir dəfə "Bismilləh" demək kifayətdir. Sonra şübhəyə düşüb təkrar-təkrar deməyə ehtiyac yoxdur. Bu barədə ətraflı oxuyun: 


Teqlər: 
Paylaş: