Dəstəmaz alanda "bismilləh" deyilməsə, dəstəmaz batildirmi?
Sual:
Salam aleykum.1) destnamaz aldigdan sonra bismilləh demədiyimə dair şübhələr yaranir məndə. Əgər deməmişəmsə gedib yenidən dəstnamaz almalıyam?2) Fatihə surəsində Ğayril mağdubi aleyhim vəladalin deyirik. Ərəbcə də e hərfi mən bildiyim qədəriylə yoxdu mən "aləyhim" deyirdim sehv edirdim?3)sesli namazlari sesli qilmag sunnetdi yoxsa ferz?
Cavab:
Və aleykum Salam.
- Çalışıb şübhədən uzaq durmaq lazımdır. Dəstəmaza başlayanda "Bismilləh" sözü yaddan çıxıbsa, bu dəstəmazı batil etmir və dəstəmaz səhihdir.
- Ərəb əlifbasında "Y" hərfi sükunla, ondan əvvəl isə "fəthə" - yəni "ə" hərəkəsi gələrsə, "ə" səsi "e" səsi kimi oxunur. Məsələn; şeytan, zeytun, aleyhim, kulli şey in və s.
- Səsli namazlar səsli, səssiz namazlar da səssiz qılmaq lazımdır. Səsli namazı səssiz, səssiz namazı isə səsli qılmaq namazı batil etməsə də sünnəyə ziddir.