Niyyət, oruc, qüsl, dəstəmaz və namaz haqqında sual
Aleykum salam.
1) Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bütün əməllər yalnız niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (əl-Buxari, 1).
Ona görə də niyyət təkcə imsaka (sahura), oruca, iftara yox, bütün əməllərə aiddir. Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç bir ibadətin heç bir növündə niyyətini dil ilə söyləməmişdir. Niyyətin yeri qəlbdir. Qeyd etdiyiniz şəkildə niyyəti dilə gətirmək Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq". (əl-Buxari, Muslim).
Xeyir, "əzuzu bəsmələ" deyilmir. Bu duanı edə bilərsiniz: Oruc tutan iftarını açarkən etdiyi dua
2) "Bismilləh" deməniz kifayətdir: Dəstəmazdan əvvəl edilən zikr
3) Xeyr, günah deyil. Sübh, Məğrib və İşa namazları səsli şəkldə qılınır. Zöhr və Əsr namazları kimi səssiz namazlar isə səssiz, özün eşidəcək dərəcədə dodaqlar tərpənərək yüngülavari pıçıltı ilə qılınır.