Beş vaxt namazı qılmayan şəxs gecə namazı qıla bilərmi və buna görə savab qazanarmı?

    14.11.2026
Kimdən: 
Günay Əlizadə
Sual: 
Salam. Mən 5 vaxt namaz qılmıram. Lakin gecələr oyanıb gecə namazı qılmaq, Allaha dua etmək istəyirəm. Beş vaxt namazı qılmayan şəxsin gecə namazı qılması İslam dininə görə caizdirmi (icazəlidirmi)? Bu ibadətin mənə bir savabı varmı?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, namazlar iki qismə bölünür:

Birinci: Uca Allahın qullarına vacib etdiyi fərz namazlar. Fərz namazlara beş vaxt namaz aiddir.

İkinci: Nafilə namazlar. Gecə namazı nafilə namazlara aiddir.

Gecə namazı qılmaq gözəl bir ibadətdir və buna görə sizə savab yazılır. Lakin bilin ki, nafilə ibadətlər fərz namazları əvəz etmir və Allah qatında ən sevimli əməllərdən biri fərzləri yerinə yetirməkdir. Bir hədisdə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah buyurur: Qulumun Mənə sevimli olan və onun vasi­təsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyur­du­ğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sı­ğınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən mö­mi­nin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəd­düd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm". (Səhih əl-Buxari, 6021, 6502). Beş vaxt namazı tamamilə tərk etmək böyük günahdır. Buna görə də ilk növbədə səmimi tövbə edib beş vaxt namazı qorumağa başlayın. Gecə namazı qılmaq istəyinizi də tərk etməyin, lakin əsas diqqətinizi fərz namazlara yönəldin. Allahın rəhmətindən ümidinizi kəsməyin və bilin ki, Allaha yaxınlaşmaq üçün ən gözəl başlanğıc Onun vacib buyurduğu əməlləri yerinə yetirməkdir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: