Autizm spektr pozuntusu olan övladımı xristian loqopedin yanına aparmağım şəriət baxımından icazəlidirmi?
Sual:
Əssələəmu Ələykum.Oğlum 4 yaşindadi ve Autizm spektr pozuntusu diaqnozu qoyulub.mütləqdir ki loqoped defektoloq yanina getsin. Evvel getdiyi yerden tez-tez xestelenir deye cixarmisiq lakin danişmir helede tezeden başlamişiq loqopedik derslere lakin bu muellime xristiandir. Biz müselmaniq günah olarmi ki mene oğlumu onuna yanina göndersəm ? Yeni balamin danişmaği qavramasi yaxsi olsun deye gönderirik. Sizce dini cehetden problem olar? Üreyimde qalib cox narahatam statusdan bildim mende ki xristiandi düzdü bu işle meşgul olan coxdu lakin hami terifleyirdi yaxsi telim kecir deye ona gore gonderdik lakin sonradan bildim
Cavab:
Və aleykum Salam. İslam baxımından xristian olan bir loqopedin yanında uşağın nitq və inkişaf məşğələlərində iştirak etməsində öz-özlüyündə bir qəbahət yoxdur. Müəllimin müsəlman olmaması onun peşəkar xidmətindən faydalanmağı haram etmir. Əsas məsələ uşağınızın dini etiqadına zidd təsirlərə məruz qalmaması və məşğələlərin etibarlı şəkildə aparılmasıdır. Uca Allah övladınıza şəfa versin, nitqini açsın, qavrama qabiliyyətini artırsın, inkişafını asanlaşdırsın. Onu saleh, sağlam və gözünüzün nuru olan övladlardan etsin. Sizə də səbir, güc və övladınızı ən gözəl şəkildə böyütməkdə yardımçı olsun. Əmin!