Namaza başlamaq istəyən, lakin tövbə və vəsvəsə ilə bağlı çətinlik çəkən şəxs necə davranmalıdır?

    29.11.2026
Sual: 
Salam Aleykum mən namaza başdamaq istiyirəm amma bilmirəm necə başdıyım ilk öncə tövbə edim başdıyım yoxsa özümü namaza örgəşdirib sonra tövbə edim mən tövbə etmişdim alınmadı və mən çox vəsvəsəliyəm dua edəndə tıxana tıxana edirəm yəni taxıla taxıla mən neyniyə bilərəm zəhmət olmasa izah edə bilərsiz mən neyniyim?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu bilməlisiniz ki, şeytanın istəyi insanı həm günaha salmaq, həm namazdan uzaqlaşdırmaq, həm də tövbə və ibadətdən ümidsiz etməkdir. Özünü tam hazır hiss etməyi gözləməyin. Beş vaxt namaz Allahın hər bir müsəlmana vacib etdiyi ibadətdir. Namazı tədricən deyil, bacardığınız qədər dərhal beş vaxt qılmağa başlayın. Namazın önəmi barədə oxuyun:


Günahlara görə Allahdan bağışlanma diləyin və həmin günahlara qayıtmamağa qərar verin. Əgər zəiflik göstərib yenidən günaha düşsəniz, yenə tövbə edin. Əvvəlki tövbənin səmimi olması üçün gələcəkdə heç vaxt günah etməyəcəyinizə zəmanət vermək şərt deyil. Bu barədə ətraflı oxuyun: 

Şeytan bəzən insana dəstəmazda, namazda və duada şübhələr yaradır. Siz bu şübhələrin ardınca getməyin. Bir duanı mütləq dəfələrlə təkrarlamağa, hər sözü qüsursuz deməyə çalışmayın. Diliniz dolaşarsa, özünüzü sıxmayın. Allah sizin qəlbinizdəkiləri bilir. Dua edərkən uzun və mürəkkəb cümlələr qurmağa ehtiyac yoxdur. Öz dilinizdə, sadə sözlərlə Allaha dua edin. Həmçinin oxuyun:


Allahın qapısına gəlmək üçün əvvəlcə günahsız olmaq şərt deyil. Tez bir zamanda namaza başlayın, sabahı gözləməyin. Şeytanın "hələ hazır deyilsən", "əvvəlcə özünü düzəlt" vəsvəsələrinə aldanmayın. Həmçinin oxuyun:

Namaza başlamağa mane olan şübhələr...

Namazın qılınma qaydası - VİDEO


Uca Allah sizi namaz əhlindən, Ona ixlasla ibadət edən və dinində sabit qalan qullarından etsin!

Teqlər: 
Paylaş: