"Namaza başlamaq istəyən bütün günahlardan çəkinməlidir" fikri doğrudurmu?
Sual:
Salam aleykum. Qardaş menim bir problemim var. Men namaz qilmaq isteyirem başlamaq isteyirem ama qardaş özümden asili deyil yöz zinasindan hec cure qacammiram bu azqinliqdan qurtulammiram qardaş. Allahin yoluna gelmek isteyirem ama heç cüre qurtulammiram qardaş. Mene nese yardimci ola bilersinizmi ne ede bilerem qurtula bilerem bundan .
Cavab:
Və aleykum Salam. "Namaza başlamaq üçün əvvəlcə bütün günahlardan çəkinməliyəm" fikri yanlışdır lazımdır, çünki əslində Uca Allah bizə əvvəlcə namaza başlamağı və namaz vasitəsilə günahlardan çəkinməyi buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45). Ətraflı cavabları oxuyun:
Namaza başlamaq istəyirəm, namaz qılana nələr qadağandır?