Quranda dağların yaradılışı elm ziddiyyət təşkil edirmi?
Əssələmu aleykum. Uca Allah buyurur: "O, sizi silkələməsin deyə yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə çaylar və yollar yaratdı" (ən-Nəhl, 15). Bu ayədə dağların yer üzündə sabitliklə əlaqəli bir hikmətə görə yaradıldığını bildirir. Müasir geologiyada zəlzələlərin əsas səbəbi Yer qabığını təşkil edən tektonik plitələrin hərəkətidir. Yer kürəsinin xarici sərt təbəqəsi bir neçə böyük və kiçik tektonik plitədən ibarətdir. Bu plitələr bir-birinə yaxınlaşır, uzaqlaşır və ya yan-yana sürüşürlər. Onların hərəkəti nəticəsində süxurlarda gərginlik toplanır. Bu gərginlik qırılma xətləri boyunca qəfil boşaldıqda enerji seysmik dalğalar şəklində yayılır və zəlzələ baş verir. Beləliklə, ayə ilə elmi məlumatlar arasında mütləq ziddiyyət olduğunu söyləmək üçün əsas yoxdur. Əsas meyar ərazinin dağlıq və ya düzənlik olması deyil, tektonik fəallıq və geoloji qırılmaların mövcudluğudur.