Xəstə olduğum zaman təyəmmüm etmək olarmı?

    28.11.2026
Kimdən: 
Əlihüseyn
Sual: 
Gecə yuxuda məndən sperma xaric olub Səhər durdum görürəm ki qabağım yaşdır Hazırda qrip olmuşam Hamamdan isti su gəlmir soyuq su gəlir soyuq su ilə çimib qüsl alsam xəstə olaram Təyəmmüm edə bilərəm təyəmmüm edib qüsllu paltarla namaz qıla bilərəm
Cavab: 

Əssələmu aleykum. Əgər yuxudan oyandıqda paltarınızda sperma (məni) olduğunu görmüsünüzsə, sizə qüsl almaq vacib olur. Lakin xəstə olduğunuz üçün soyuq suyun sizə zərər verəcəyinizdən qorxursunuzsa, bu halda qüsl əvəzinə təyəmmüm edə bilərsiniz. Namaz üçün geyindiyiniz paltar da nəcasətdən pak olmalıdır. Odur ki, sperma dəyən paltarı dəyişmək və ya sperma dəyən yeri yumaq lazımdır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: