Qüsl ala bilmədiyim üçün namazı qılmadım, bu doğrudurmu?

    09.02.2021
Sual: 
Salam Alekum.Sizə bir sualım olacaq.Mən sübh namazına durduğumda çox üzr istəyirəm yuxuda məni ifraz etdiyimi anladım.Qüsl ala bilmədiyimə görə namazımı qılmadım.Səhər isə qüsl aldıqdan sonra isə qəzanı zöhr namazı ilə birlikdə qıldım.Bu zaman namazım qəbul olurmu.Xaiş edirəm bu haqda mənə məlumat verəsiniz.
Cavab: 
Va aleykum Salam. Xəstəlik və s. bu kimi üzrlü səbəblərə görə qüsl ala bilməyəndə, övrət yerini yuyub təyəmmüm almaq lazımdır. Sonra isə namazı qılmaq lazımdır. Çünki belə hallarda təyəmmüm qüslü əvəz edir. Belə bir hal olanda namazı tərk etmək lazım deyil, sadəcə təyəmmüm almaq kifayətdir. Həmçinin qüsl alana qədər təyəmmümlə namaz qıla bilərsiniz. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır? 
Teqlər: 
Paylaş: