Peyğəmbərlər

İsa peyğəmbərin hikmətli kəlamları

    15.05.2016
İsa peyğəmbərin su üzərində gəzməsi

İsa ibn Məryəm (ona Allahın salamı olsun) buyurmuşdur:

“Dünya həyatının kiçik olmasına baxmayaraq onun üçün çalışırsınız. Axirət həyatının böyük olmasına baxmayaraq onu tərk edirsiniz. Lakin, hamınıza ölüm gələcəkdir”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 275).

“Həqiqətən, bu gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!” Həmçinin, belə deyərdi: “Gecə nə üçün yaradılmışdırsa, ona uyğun əməl, gündüz nə üçün yaradılmışdırsa, ona uyğun əməl edin!” (İbn Əbud-Dunya “əz-Zuhd” 423).

Süleyman peyğəmbərin hikmətli kəlamları

    28.03.2016

Uca Allah Davud peyğəmbərin oğlu Süleyman peyğəmbərə (onlara salam olsun) heç kəsə verilməyən mülk, güclü elm, düşüncə və heyvanların dilini anlamaq qabiliyyəti vermişdir. Bu haqda Qurani-Kərimdə deyilir: “Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür” Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar!

Şübhəsiz ki, bunda ibrət var

    22.12.2014

Uca Allah buyurur: “Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".

Kəbəni kim tikmişdir?

    18.09.2014

İbn Abbas rəvayət edərək demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi.

Dində həddinizi aşmaqdan çəkinin!

    13.08.2014

Dində həddi aşmaq Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.”
Peyğəmbər demişdir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri kimi siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” (Səhih əl-Buxari, 3445).

İbrahim peyğəmbərin əhvalatı

    27.07.2014

Uca Allah buyurur: "Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".

Yada sal!

    27.07.2014

"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

Davud peyğəmbər haqqında

    20.07.2014

Uca Allah Davud peyğəmbər haqqında buyurur: “Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik” (Sad, 17-20).

Peyğəmbərin tövhidi qoruması

    19.07.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, insanlar tək Allaha ibadət etsinlər və buna zidd olan bütün inanc və əməllərdən çəkinsinlər. Peyğəmbər dəfələrlə ümmətinə Allaha şərik qoşmağı qadağan etmiş, onları şirkdən çəkindirmişdir. O, bunu təkrar-təkrar yada salardı ki, təkAllahlığı – İbrahimlə göndərilmiş tövhid dinini, ona xələl gətirəcək hər bir sözdən və əməldən qorusun. Peyğəmbər şübhələri dəf etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir.

Talutun əhvalatı

    19.07.2014

Talut - Allahın İsrail oğullarına təyin etdiyi hökmdar olmuşdur. O, əməlisaleh, mömin bəndə idi. Uca Allah ona güclü bədən quruluşu və idarəetmə bacarığı bəxş etmişdir. Talut qoşun toplayaraq Calutun qoşununa qarşı döyüşə çıxdı. Möminlər Allahın yardımı sayəsində düşməni darmadağın etdilər. Qoşunun tərkibində döyüşən Davud peyğəmbər Calutu öldürdü. Uca Allah bu haqda buyurur:
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!"

Pages