Əllərin içinə İxlas, Fələq və Nəs surələrini neçə dəfə oxuyub bədənə sürtmək lazımdır?

    25.07.2016
Kimdən: 
Əli
Sual: 
Əs sələmu aleykum. 1)Bir şey var yadımnan çıxıb: Peyğəmbər səllallahu aleyhi və səlləm əllərini birləşdirib içinə Əl-İxlas surəsini oxuyardı. Dəqiq bilmirəm 7 dəfə yoxsa 3 dəfə. 2)Əlixan Musayevin tərcüməsində "Müsləmanın qalası" kitabını Bakıda tapa bilmədim. Harda konkret satıllar? Çoxsağolun.
Cavab: 

Və aleykum Salam.

  1. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hər gecə yatağına uzan­dıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, ba­car­dı­­ğı qə­dər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi. (Səhih əl-Bu­xari, 5017).
  2. Bu kitabın pdf versiyasını internetdən tapıb telefonda oxuya bilərsiniz. Həmçinin oxuyun: Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Teqlər: 
Paylaş: