Ramazan hər ölkədə fərqli günlərdə başlayırsa, qədr gecəsi də fərqli günlərdə olur?

    27.08.2016
Sual: 
salam aleykum.bizde heqiqeten ramazan ayi hemise 1 gun gec başlayirsa onda qedr geceside ferqli olur?her ölke bir vaxtda olur?2)menim 2azyasli körpelerim var cox ama heddindende artiq deceldiler.namazimi qilib qurtarinca nese 1 ziyanliq töretmelidirler sanki men namaza duranda seytan onlari qiciqlandirirki mene mane olsunlar cox eseblesdirirler meni istemeden uşaqlara kufr edirem sonra Allah tealadan bagişlanma dileyirem usaq eger kurduse valdeynin gunahlarindandir yoxsa imtahan gereyidir?3)ev isleri görduyum zaman telfonda xutbelere qulaq asiram.bezen hamamda is gorurem orda qulaq asmaq gunah deyilki?salam aleykum
Cavab: 

Və aleykum salam.

  1. Bəli, Ramazan ayı ayrı-ayrı ölkələrdə fərqli günlərdə başlayıbsa, qədr gecəsi də fərqli günlərə düşür
  2. Körpələrin dəcəl olmasının səbəbinin imtahan, yoxsa cəza olmasını demək mümkün deyil. Onlara bəddua etməyin, onları elmi, əxlaqlı müsəlman kimi yetişdirərək Cənnəti qazanmağa çalışın
  3. Hamamda iş görərkən xütbələrə qulaq asa bilərsiniz, amma çalışın adət etməyəsiniz.
Teqlər: 
Paylaş: