Cin və şeytan nədir?

    22.08.2016
Kimdən: 
Jale
Sual: 
Cinle şeytan eynidirmi?
Cavab: 

Salam aleykum. Cinlər insanlar kimi Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). 
Cinlər də insanlar kimi mömin və kafir olur və Qiyamət günü əməllərinə görə sorğu-sual olunacaqlar: "Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır. Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar". (əl-Cinn, 14-15).
Cinlərdən kafir olub Allaha üsyan edənlər şeytan adlanır. Uca Allah belə əməl edən insanları da şeytan adlandırmışdır: "Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər". (əl-Ənam, 112).
"(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!" (ən-Nas, 5-6).

Uca Allah Quranda bəzi yerlərdə Şeytan sözü ilə onların başçısı İblisi də adlandırmışdır: "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız". Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır". (əl-Bəqərə, 34-36). Həmçinin oxuyun:
Cin, şeytan, ruh bunları başa düşdük, bəs hal nə deməkdir?
Cinləri yarandığı surətdə görmək olarmı?

 

Paylaş: