Instagram şəbəkəsində şəkilləri paylaşmaq olarmı?

    24.08.2016
Sual: 
Salam.Instagram sosial şəbəkəsində öz şəkillərimi paylaşıram.Günaha girmiş oluram?Birdəki bu yaxınlarda universitetə. mənə ziyarətgahlara və pirlərə getməyimi tövsiyə edirlər lakin ziyarətgahlara getmirəm.Özüm dua edərək Allahın məni bu sınaqdan çıxaracağını ümid edirəm.Məni isə ziyarətgahlara inanmadığıma görə ateist hesab edirlər.Əstəğfurullah.Mən nə etməliyəm?Ziyarətgah və pirlərə inanmamağım günahdır?
Cavab: 

Və aleykum salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar". (ən-Nur, 31).
Şəkillərinizi sosial şəbəkədə paylaşmaqla naməhrəmlərin istənilən vaxt sizin şəkillərinizə baxaraq, həm özünüzün həm də onların günah etməsinə şərait yaratmış olursunuz.
Pirə getməməkdə doğru edirsiniz, çünki həmin yerlərdə bəzi insanlar Allaha şərik qoşurlar. Sözsüz ki, uğur verən də, çətinlikdən sonra asanlıq nəsib edən də yalnız aləmlərin rəbbi olan Allahdır. Kömək yalnız ondan istənilir, çətinlik anında yalnız ona dua edilir. Daha ətraflı:
Pirlərə gedib dua etmək barədə
Şirk nədir?

Paylaş: