Böyük övladın vəzifəsi nədir və şükr necə edilir?

    17.09.2016
Kimdən: 
Mehriban
Sual: 
Salam.Menim size 2 sualım var birincisi Böyük övladın(qız) vezifesinedir.ikincisi men Allaha şükür etmeyi çox sevirem ama isterdim ki şükür duası da oxuyum namazın qılıram amma şükürü sözlere sığıştıra bilmirem.bir de şükür namazı 2 reket olur də birden sef qılaram qorxuram.neyse çok sağ olun.
Cavab: 

Və aleykum salam.

  1. Böyük və ya kiçik, bütün övladların vəzifəsi günah olmayan işlərdə valideynlərə itaət etmək, onlara xoş davranmaq, onların qeydinə qalmaqdır. Əgər valideynlər cahildirlərsə, övladların ən böyük vəzifəsi onları Allahın dininə dəvət etməkdir. Bütün işlərdə onlarla məsləhətləşmək, onların razılığı və halallığı olmayan şeylərdən isə uzaq olmaq lazımdır. Həmçinin, oxuyun: Ata-ananı incitməyin günahı barədə 
  2. Şükr həm sözlə, həm də əməllərlə edilir. Sözlə edilən şükrə misal olaraq, çoxlu dua və zikrlər etməyi göstərmək olar. Daha ətraflı: Müsəlmanın qalası (dua və zikrlər) . Əməllərlə edilən şükrə isə namaz, oruc, sədəqə və digər xeyirli əməllər, həmçinin çoxlu nafilə (əlavə) namazlar, oruclar və s. misal göstərmək olar.
Teqlər: 
Paylaş: