Merac duasını yazdırıb özümdə, yoxsa evdə saxlamalıyam?

    26.11.2016
Sual: 
Merac duasi haqqinda oxuyarken bu cumleye rast geldim: ''hər kəs bu duanı yazıb evə qoyarsa (ev əhlinin) ruzisi çoxalar və onlar bütün kiriftarçılıqlardan amanda qalarlar.''Hər kəs bu duanı (yazıb) özü ilə gəzdirsə şeytanın şərrindən amanda qalar və ona heç bir əziyyət çatmaz.'' bu duani yazib ozumde saxlamag veya evde qoymaq olarmi?
Cavab: 

Salam aleykum. Quran və Sünnədə (səhih hədislərdə) belə bir dua növü barədə xəbər verilməyib. Həmçinin, duanı yazıb özündə və ya evdə saxlamaq yox, onu oxumaq lazımdır. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək İslam dininə müxalif olan əməllərdəndir. Necə ki, İslam alimlərindən biri belə buyurmuşdur: "Dərmanı cibdə gəzdirməklə baş ağrısı keçməz. Dərmanın bədənə daxil olmağına ehtiyac olduğu kimi duanın da qəlbə daxil olmağına ehtiyac var". Bu xüsusda Uca Allah belə buyurmuşdur: ​"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60). Daha ətraflı:
Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?
Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?

Teqlər: 
Paylaş: