Allaha salavat göndərmək olarmı?

    26.11.2016
Kimdən: 
Elshad
Sual: 
Salam bagislayin sizden bir soz sorusum Allaha salavat gondermek olarmi??
Cavab: 

Və aleykum Salam. Salavat Uca Allaha yox, yalnız Peyğəmbərlərə (Onlara Allahın salamı olsun) deyilir. Peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) başqasına salavat göndərmək olmaz. Onların içərisində də ən üstün olan Peyğəmbər, Muhəmmədə (salləllahu aleyhi və səlləm) daha çox salavat deyilir. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56). Daha ətraflı:
Peyğəmbərə salavat gətirməyin savabı
Salavat necə deyilməlidir?
Salavat necə yaranıb?

Teqlər: 
Paylaş: