19. Rükudan qalxarkən edilən dua

 [Səmi Allahu limən həmidəhu]
 
 «Allah Ona həmd edəni eşitdi!»[1]
 
 [Rabbənə va ləkə-l-həmdu, həmdən, kəsiran, tayyibən, mubərakən fihi]
 
 «Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!»[2]
 
  [Rabbənə va ləkə-l-həmdu! dedikdən sonra bunu da əla­və etmək olar:]
 
 [...mil′ə-s-səməvati va mil′ə-l-ardi va mə beynəhumə, va mil′ə mə şi′tə min şeyin bə′d. Əhlə-s-sənəi va-l-məcdi, əhaqqu mə qalə-l-abdu, va kullunə ləkə abdun. Allahumə lə məni'a limə a'taytə va lə mu'tıyə limə məna'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cədd]
 

 «Göylər dolusu, yer dolusu, onların ara­sında olanlar və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol­sun). Ey tərif və şərəf sa­hibi! Bəndənin – hamımız Sənin qu­lunuq – söylədiyi ən doğru söz budur: Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da ve­rəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahi­bi­nə Sənin yanında hör­məti fayda verməz».[3]
 
 

 
[1] «Fəthul-Bari», 2/282.
[2] «Fəthul-Bari», 2/284.
[3] Muslim, 1/346.