24. Təşəhhüddən sonra Peyğəmbərə səllallahu aleyhi və səlləm oxunan salavat

 [Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əəli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid]
 
 «Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!»[1]
 
 [Allahummə salli alə Muhəmmədin va alə əzvacihi va zurriyyətihi, kəmə sal­leytə alə əəli İbrahimə. Va bərik alə Mu­həmmədin va alə əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə əəli İbrahimə. İnnəkə hə­midun məcid]
 
 «Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də bərəkət ver! Şüb­hə­siz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!»[2]

 
[1] «Fəthul-Bari», 6/408.
[2] «Fəthul-Bari», 6/407; Muslim, 1/306. Mətn Muslimindir.