İmam Əliyə ikinci evlilik nəyə görə qadağan edilmişdi?

    18.11.2016
Sual: 
Salam aleykum. İmam Əli Fatimə ilə evli olduğu halda ona ikinci dəfə evlənmək niyə qadağan idi? Axı İslamda çoxevlilik icazəlidir...
Cavab: 

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Fatimənin sağlığında Əliyə (Allah onlardan razı olsun) ikinci evliliyi qadağan etmişdir. əsinin müxtəlif səbəblərini bildirmişlər:

  1. Bu evlilikdə Fatiməyə əziyyət var. Fatiməyə (Allah ondan razı olsun) verilən əziyyət isə Allah Rəsuluna (ona Allahın salavatı və salamı olsun) verilmiş sayılır. Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) əziyyət vermək böyük günahlardandır. Uca Allah buyurur: "...Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!​(əl-Əhzəb, 53). Mistər əl-Məxrəmə rəvayət edir ki: "Haşim ibn Muğirə oğulları, qızlarını Əli bin Əbu Talibə vermək üçün peyğəmbərdən izn istədilər. Rəsulullah 3 dəfə izn vermirəm dedi. Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu narahat edən şey məni də narahat edir, ona əziyyət verən şey mənə də əziyyət verir". (Buxari; Kitəbu-n-Nikəh, 110/159). Sonra rəvayətçi deyir ki, bunu eşidən Əli, həmin evliliyi tərk edir. (əl-Buxari, 3110; Muslim, 2449). Başqa bir rəvayətdə isə: "Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə, məni qəzəbləndirmiş olur". (əl-Buxari, Kitəbul-Fədaailul-Əshəb, 12/ 61; 31/ 107).

  2. Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) və Allahın düşmənin (Əbu Cəhl) qızının bir kişinin himayəsi, isməti altında olmasına etiraz etmək. Əli ibn Əbu Talib Fatimə ilə (Allah onlardan razı olsun) evli olarkən Əbu Cəhlin qızına elçi getdi. Bu məsələyə görə Fatimə narahat oldu və şikayətini məscidə peyğəmbərə deməyə getdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) məsələdən agah olduğdan sonra belə buyurdu: "Fatimə bədənimin bir parçasıdır. Mən sevmirəm kimsə onu narahat etsin, Allaha and olsun ki, peyğəmbərin qızı ilə Allahın düşməninin qızı gərək bir nəfərin yanında cəm olmasın!" (əl-Buxari, 3523). Alimlər bu hədisi şərh edərkən demişlər ki, burada məqsəd, çoxevliliyə etiraz yox, Fatimənin məqamının, fəzilətinin nə qədər üstün olmasını bildirməkdir. Şübhəsiz ki, Fatimə ilə Əbu Cəhlin qızı eyni dərəcədə, məqamda, fəzilətdə ola bilməzdi. Yəni, Allah Rəsulunun bu evliliyi bəyənməməsi, çoxevliliyi haram etməsi yox, Fatiməyə hörmət əlaməti olaraq, onun xətrinə görə idi. (İmam Nəvəvi, Səhih Muslimin şərhi əsəri, 8/ 199).

Bu qadağa xüsusi olaraq Əliyə aid idi və şəriətin icazə verdiyi çoxevliliyə heç bir maneə yaratmır. Əgər belə olsaydı, Əli Fatimənin, Allah Rəsulu da Xədicənin (Allah onların hamısından razı olsun) vəfatından sonra bir neçə qadınla evlənməzdilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) özü demişdir: "Mən halalı haram, haramı da halal edən deyiləm". (əl-Buxari, 3110; Muslim, 2449).

Teqlər: 
Paylaş: