Rəddiyyə nədir?

    19.01.2017
Sual: 
rəddiyə nədir ?
Cavab: 
Salam aleykum. Lüğətdə "rəddiyyə" sözü "raddə - qaytardı, rədd etdi" felindən götürülmüşdür. Dinimizdə isə istənilən dini məsələdə haqqı müdafiə etmək məqsədilə elmi şəkildə (səhih mənbələrə əsaslanaraq) kiminsə xətasına verildiyi cavaba rəddiyyə deyilir.
Uca Allah buyurur: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz...". (Ali İmran, 110).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 1/413).
Paylaş: