Təklif edirəm ki, sual-cavaba gizli cavablandırma imkanı əlavə edəsiniz...

    16.01.2017
Kimdən: 
M
Sual: 
Salam Aleykum.təklif edərdim ki, saytınızda e mail adresinizi yazın.və əgər kim öz sualının saytda yayımlanmasını istəmirsə həmin şəxsin sualının cavabını emailinə göndərin.yəni elə ola bilər ki sual verən öz sualının saytda yayımlanmasını istəmir.öncədən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Gizli cavablandırma imkanı saytımızda artıq var. Anonimliyin tam qorunması üçün e-mail ünvanı soruşulmur. İstifadəçilərdən xahiş edirik ki, kim öz sualına verilən cavabın saytda görünməsini istəmirsə, bunu sualda qeyd etsin. Bu zaman verilən cavab yalnız onun özünə görünəcək, digər istifadəçilərə isə görünməyəcək. Bunun üçün sualı verərkən və cavabı oxuyarkən eyni kompüterdən və ya telefondan istifadə etmək lazımdır, əks halda cavab görünməyəcək.

Paylaş: