Uşaqlara Allahın adlarından qoymaq olar?

    14.02.2014
Sual: 
Salam aleykum ALLAHIN ADLARINDAN USAQLARA QOYMAQ GUNAHDIR?
Cavab: 

Aleykum salam. Uca Allahın elə adları vardır ki, onlar sırf Allaha aid olan adlardır və onları uşaqlara qoymaq olmaz. Məsələn, əl-Xaliq, ər-Rəhman, əs-Saməd və s. adları vermək olmaz. Çünki bu adların mənası yalnız Uca Yaradana layiqdir. Bu adları verdikdə mütləq əvvəlinə "əbdu" (qul) sözünü əlavə etmək lazımdır. Məsələn, Əbdul-Xaliq, Əbdur-Rəhman, Əbdus-Saməd və s. Bundan başqa Allahın həm Özünə, eyni zamanda insana da xas olan adları vardır. Bu adları uşaqlara qoymaq olar, lakin bu adlara da "əbdu" sözünü əlavə etsəniz daha yaxşı olar. Məsələn, uşağa Rahim, Rauf, Kərim kimi adları qoymaq icazəlidir.   

Teqlər: 
Paylaş: