Saqqalın və şalvarın balağının qısa olmasının dəlili nədir?

    27.01.2017
Kimdən: 
Rauf
Sual: 
Es salamu aleykum.bir cox meclislerde saqqalin olmasi ve salvarin qisa olmasi baresinde soz atirlar yeni qohumlara gedirsen ister istemez bu sualla rastlasiram.men de onlara delil ve subutla cvb vermek isteyirem deqiq onlarin sehv anlayisda oldugunu izah edim.vehabi kimi qeleme verirler ele geyinen insanlari.yeni terrorcu,pis yolda olan bir insan kimi taniyirlar
Cavab: 
Və aleykum Salam. Saqqal saxlamaq və şalvarın balaqlarını qısaltmaq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmridir. Lakin, günümüzdə saqqal saxlayıb şalvarın balaqlarını qısaldan elə insanlar var ki, zahirən özlərini Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolu ilə gedirmiş kimi göstərirlər. Onlar Quran ayələrini və səhih hədisləri səhv başa düşərək dində hədlərini aşır və müsəlman ölkələrində fitnə-fəsad yayırlar. Bu səbəblə də bəzi dindən məlumatsız olan insanlar bütün müsəlmanların onlar kimi olduğunu zənn edirlər. Siz də ruhdan düşməyərək onları gözəl əxlaq və hikmətlə haqqa dəvət edin. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "İrəlidə səbir günləri vardır. O günlərdə sizin üzərində dur­du­ğunuz yolu izləyənlərə sizdən əlli nəfərinizin savabı vardır". Səhabələr: "Ey Allahın Peyğəmbəri! Onlardan (əlli nəfərin)?"- deyə soruş­dular. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Əksinə, sizdən!" (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 289, №: 10394). Daha ətraflı:
Şəriətə görə saqqal saxlamaq vacibdirmi? 
Kişi topuqdan yuxarı geyinməlidir" hədisi varmı?
Paylaş: