"İsmul-Azəm" duası necə oxunur?

    17.02.2014
Sual: 
Salam aleykum. Mən sizin sayta birinci dəfədir ki, sual yazıram, inşəAllah cavablandırarsınız. Sualım belədir ki, mənə ismi əzəm duası lazımdır. Xahiş edirəm bilirsinizsə mənə ərəbcə oxunuşunu yazardınız. Mən ərəb hərflərini bilmirəm. Mənə ərəbcə oxunuşu lazımdır. Çox xahiş edirəm mənə yazın o duanı. Mümkündürsə a-mailimə göndərin. Allah razı olsun.
Cavab: 

Aleykum salam. İsmul-A'zəm sözü əzəmətli ad deməkdir. Uca Allahın adları arasında ən əzəmətli adları vardır. Kim həmin adlarla Uca Allaha üz tutub dua edərsə, duası qəbul olunar. Allah Elçisi (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Dua edildikdə qəbul olunan, Allahın ən əzəmətli adı Quranın üç surəsindədir; əl-Bəqərə, Ali İmran və Ta Ha". 
Həmin surələrdə bu adların əl-Həyy əl-Qayyum olduğu aydınlaşdırılır. Bax: əl-Bəqərə, 255; Ali İmran, 1-2; Taha, 111. 
Həmçinin, Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə birlikdə oturmuşduq. Bir kişi namaz qılarkən rüku, səcdə və təşəhhüddə belə dua etdi: "Allahummə inni əsəlukə biənnə ləkəl-həmd, lə iləhə illə əntəl-Mənnən, bədius-səməvəti vəl-ard, yə Zəl-Cələli vəl-İkram, yə Həyyu, yə Qayyum, inni əsəlukə". Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabə­lərinə (Allah onlardan razı olsun) buyurdu: "Onun necə dua etdiyini bilirsiniz?" Dedilər: "Allah və Onun Elçisi (salləllahu aleyhi və səlləm) daha yaxşı bilir!" Peyğəmbər buyurdu: "Canım əlində olan Allaha and olsun ki, o, Allahın əzəmətli adları ilə dua etdi. Belə dua edənin duası qəbul edilər və istədiyi verilər". (Sunən ən-Nəsai, 1300).
Bu duanın tərcüməsi: Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa həqiqi yoxdur, Sən lütf edən, yeri göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Sənə yalvarıram!

 
Teqlər: 
Paylaş: