Qiyamət günü insanlar neçə yaşında diriləcək?

    16.02.2014
Sual: 
Salam aleykum. Qiyamət günü Allah (c.c) insanları necə dirildəcək? Məsələn, biri əlli yaşında olub. Elə həmin insan əlli yaşındakı kimi diriləcək? Bu haqda Qurani Kərimdə bir şey deyilib? Bununla bağı öz fikirlərinizi bildirərdiniz. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Qiyamət günü insanların neçə yaşında diriləcəklərini deyə bilmərik, amma Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Cənnətə girənlərin 33 yaşında olacaqlarını bildirmişdir. Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Cənnət əhli bədən və üzləri tüksüz (saqqalsız), gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar". (ət-Tirmizi, 2545, 2742).

Paylaş: