Dua və tövbə edərkən Allahı şahid çağırmaq düzgündürmü?

    18.02.2017
Kimdən: 
Şahin
Sual: 
Salam aleykum mən dua edərkən bir şeyə tövbə edərkən Allahı şahid çağırıram deyirəm Allahım şahidim ol vəkilim ol görəsən günah etmirəm
Cavab: 

Və aleykum Salam. And içdikdə, dua, tövbə etdikdə və s. Uca Allahı şahid tutmaq günah sayılmır. Uca Allah buyurur: "Onlar dedilər: "Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib". O dedi: "Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam". (Hud, 53-54).

Yalandan Uca Allahı şahid gətirmək, Allaha yalandan and içmək isə böyük günahlardan sayılır. Uca Allah buyurur: "Andlarınızı aranızda hiylə (yalan) vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar". (ən-Nəhl, 94).

Teqlər: 
Paylaş: