Həftənin hansı günləri qan aldırmaq olmaz?

    29.03.2017
Sual: 
Salam. Zehmet olmasa deyin. Heftenin hansi gunleri hicama etmek olmaz ? Hicama qan olmaqla mualicedir.
Cavab: 

Və aleykum Salam. Üçüncü, beşinci, altıncı və bazar günləri qan aldırmaq bəyənilmir. Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) bir gün belə demişdir: "Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan tap və imkan varsa, onu mənim üçün yoldaş seç. Onu nə yaşlı qoca, nə də balaca uşaq arasından seçmə, çünki mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Acqarına qan aldırmaq çox faydalıdır, onda şəfa və bərəkət vardır. Ağlı və hafizəni gücləndirir. Allahın bərəkəti üzrə Cümə axşamı qan aldırın, çərşənbə, Cümə, şənbə və bazar günləri qan aldır­maqdan çəkinin. Bazar ertəsi və çərşənbə axşamı qan aldırın, çünki həmin gün Allah Əyyubu xəstəlikdən sağaltmış, çərşənbə günü isə ona bəla vermişdir. Çünki, cüzam və albinos xəstəlikləri çərşənbə günü və ya onun gecəsi gəlir". (İbn Məcəh: 3487, 3616). Həmçinin oxuyun: Hicamə - qan alma üsulu ilə müalicə 

Teqlər: 
Paylaş: