109. Salamı yaymaq

 Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «İman gətirməyincə Cənnətə daxil olmazsınız. Bir-birinizi sevməyincə də iman gətirmiş ol­mazsınız. Sizi elə bir şeyə yönəldimmi ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda salamı yayın!»[1]

 «Üç şey vardır ki, onları [özündə] cəm edən şəxs, imanı [özündə] cəm etmiş olar: özü­nə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola (malından başqaları­na) xərcləmək».[2]
 
Abdullah ibn Ömər Allah ondan razı olsun rə­vayət edir ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşdu: «İslamın hansı [əməli] da­ha xeyirlidir?» O dedi: «Yemək yedizdirmək, tanıdığına və tanımadığına salam vermək!»

 
[1] Muslim, 1/74 və başqaları.
[2] «Fəthul-Bari», 1/82. Əmmardan Allah ondan razı olsun məuquf, muəlləq isnadla.