İnkubatordan istifadə edərək qazanc əldə etmək olarmı?

    21.04.2017
Kimdən: 
M
Sual: 
salam.xahiş edirəm sualımı saytda yerləşdirməyin. inkubator alıb biznes kimi istifadə etmək olarmı?yəni süni yolla yumurtadan cücə çıxartmaq 2. Kirayə çadır versəm və bu çadırda əgər kişilərlə qadınlar bir yerdə oturallarsa mənə günah yazılarmı? öncədən təşəkkürlər
Cavab: 
Və aleykum Salam.
1. İnkubatordan istifadə edərək qazanc əldə etməkdə heç bir qadağa yoxdur.
2. Kirayə çadırlarında kişilərlə qadınların bir yerdə oturması sizə aid deyil, lakin kirayə çadır verməkdə başqa problem var. Şəhər yerlərində kirayə çadırı əsasən yas mərasimlərində istifadə edirlər. Dinimizdə isə insan dünyasını dəyişdikdən sonra yerinə yetirilən mərasimlər düzgün olmadığına görə kirayə çadır vermək biznesindən çəkinmək daha yaxşıdır. Həmçinin oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır? 
Teqlər: 
Paylaş: