Siz hansı məzhəbdənsiniz?

    06.05.2017
Kimdən: 
x
Sual: 
salam bagiwlayin bu sualima gore siz şiesiz?
Cavab: 
Və aleykum Salam. Biz dini Muhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qoyub getdiyi yolla yaşamağa çalışan, Qurani-Kərim və səhih hədislərə əsaslanan və sonradan uydurulmuş yeniliklərdən uzaq olmağa çalışan müsəlmanlarıq. İslamda firqəçilik yoxdur. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir- birinizdən) ayrılmayın...!" (Ali-İmran, 103). Firqələrə bölünənlər Allahın dinində olmayan şeyləri edərək camaatdan seçilən, yeni camaat quran kimsələrdir. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31). Həmçinin oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Paylaş: