Kəbin bağladıqdan sonra 4 ay ərzində yaxınlıq olmasa kəbin batil olurmu?

    07.05.2017
Kimdən: 
Alena
Sual: 
Salam.sualim budur ki, nişanlıyam. Dini nigah bağlamışıq dekabrın 25-i. Axund bizə demişdi ki, 4 ayınız tamam olmadan cinsi münasibət yaşamazsanız nigahınız batil olacaq. Bu doğrudurmu??? Öncədən təşəkkürlər!
Cavab: 
Və aleykum Salam. Ümumiyyətlə heç bir zərurət olmadan çox nişanlı qalmaq bəyənilmir. Dörd ay müddətində yaxınlıq olmasa, kəbinin pozulduğunu demək isə batil fikirdir. İslamda hər bir məsələ səhih dəlilə və sübuta söykənməlidir. Kəbininizi kəsən axund da sizə dediyi bu məsələni şəriətlə əsaslandırmalıdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: