Anadan gəlmə xəstəlik?

    18.12.2013
Sual: 
Salam aleykum. Allah hamınızdan razı olsun. Bütün əməyi keçən qardaşlara Allah kömək olsun hər zaman. Mənə bir nəfər belə bir sual verdi amma mən cavablandıra bilmədim. Bu sualı sizinlə bölüşmək istərdim. Əgər bir insan anadan gəlmə hormonlarında çatışmamazlıqla doğulursa yəni (homeseksual olaraq doğulursa, sonradan onlara çevrilənlər yox) bunu İslamda bir cavabı və yaxud bir yolu varmıdır? Çox sağ olun. Allah razı olsun.
Cavab: 

Aleykumus-salam və rahmətullah. Allah təala sizdən də razı olsun! Allah bütün insanlar üçün bu saytı faydalı etsin və hidayətə gəlmək üçün səbəb etsin. Verdiyiniz suala qısa olaraq belə cavab verə bilərəm.
Elə insanlar vardır ki, onlar dünyaya həm kişi, həm də qadın cinsi xüsusiyyətləri ilə gəlir. Bu cür insanlara tibb sahəsində hermofrodit deyilir. Ərəb dilində isə xünsa deyilir. Bəzən bu ikili xüsusiyyət böyüdükcə tam kişi və ya tam qadın cinsinə çevrilir, bəzən də olduğu kimi qalır. Bu insanlar Allahın möcüzəsidir. Bəzi insanların isə homoseksual olaraq doğulması (yəni kişi cinsinə mənsub olaraq doğulması və öz həmcinsinə meyl etməsi) fikiri doğru deyildir. Çünki, əgər belə olsaydı, Allah bunu qadağan etməzdi.

Teqlər: 
Paylaş: