Əlin içindəki xətlərə baxıb gələcəyi demək (əl yazısı) doğrudurmu?

    31.05.2017
Sual: 
Salam aleykum. Islamda el yazisina inanmaq kimi bir sey var? Bezi insanlar deyir ki insanin ovcundaki xetler onun heyatinin merhelelerini gosterir ve s.
Cavab: 

Və aleykum Salam. Əlin içində olan xətlərə görə insanın taleyinin necə olacağını demək gələcəkdən xəbər verməkdir, bu isə həlakedici günahlardandır. Uca Allah buyurur: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65). Daha ətraflı: Falçılar necə olur ki, doğru xəbər verirlər? 

Paylaş: