Oğurluğun halalı olurmu?

    18.02.2014
Sual: 
Salam aleykum. Sualım belədir. Oğurluğun halalı, haramı varmı? Mən oxumuşam ki, guya qoyun oğurlamaq günah sayılmır bu doğru fikirdimi? Xahiş edirəm cavablandırasız.
Cavab: 

Aleykum salam. Başqasının malını oğurlamaq günahdır. İslama görə oğurluq etmək böyük günahlardan sayılır. Uca Allah buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə, 38).
Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayətinə görə Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurmuşdur: "Dinarın (pul vahidi) dörddə biri və ondan çox məbləğə görə oğrunun əlini kəsərdi". 
Oğurluğa cəza təyin edilməsinin hikməti odur ki, oğurluq etməyin cəmiyyətə böyük zərəri vardır. Çünki oğurluq etməklə məşğul olmaq insanı şərəfli işlər görməkdən və halal ruzi qazanmaqdan yayındırır, insanı hər zaman alçaldıcı işlər görməyə sövq etdirir. Oğurluq edən adam etdiyi əməlinin cəzasını bildikdə oğurluqdan əl çəkər, doğru və halal yol ilə öz ruzisini qazanmaq haqda düşünər. İslam şəriəti oğurluğa cəza təyin etməklə insanların var-dövlətini mühafizə edir, ölkədə əmin-amanlığı bərqərar edir, fərd və toplum üçün halal qazanc və ruzi yollarını rahatlaşdırır. Beləliklə, hər kəs öz əlinin əməyi ilə gözəl və xoşbəxt yaşayır.
 

Paylaş: