Valideynim üçün bağışlanma diləmək qəbul olunurmu?
Sual:
Salam aleykum. Mən anam və atam üçün günahlarının bağışlanmasını diləyirəmsə Allahımnan bu qəbul olunurmu? Yəni onların günahları azalırmı? Allah razı lsun sizdən.
Cavab:
Aleykum salam. Valideynlərə dua etmək, Allahdan onlara bağışlanma diləmək valideynlərin övladları üzərində olan haqlarındandır. Uca Allah Qurani Kərimdə Nuh peyğəmbərin belə dua etdiyini xəbər verir: "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla". (Nuh, 28).