Sağ və sol tərəfimizdə mələklər varmı?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən eşitmişəm ki, sağ və sol tərəfimizdə mələklər var sağ yaxşı əməllərimizi yazır sol da pis əməllərimizi bu düzdürmü?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər". (əl-İnfitar, 10-12).
"Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (Yunus, 61).

"Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 17-18). Bu ayədə "mə min qaulin" (dediyi elə bir söz yoxdur ki) ifadəsi bütün sözləri əhatə edir. Bu mələklər insanın bütün söz və əməllərini qeydə alır. Həmçinin, səhih hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstəliyin fəziləti haqqında demişdir: "Müsəlman bir qul xəstə olduğu zaman sağındakı mələyə: "Qulum üçün sağlam ikən yazdığın yaxşı əməli yaz" - deyilir. Solundakı mələyə: "Xəstə olduğu müd­dətdə qulumun günahlarını yazma" - deyilir". Bu hədisi rəvayət edən Əbu Hureyrənin (Allah ondan razı olsun) yanında olan bir kimsə: "Kaş mən də daim xəstə olaydım" - dedikdə, Əbu Hureyrə (Allah ondan razı olsun): "Qul günahları sevməz" - dedi".

Paylaş: