Əxlaqsız qadın dünyasını dəyişdikdə mağar qurub yemək vermək olarmı?

    01.07.2017
Kimdən: 
vahid bagirov
Sual: 
pozqun bir qadina maqar qurub eysan vermak olarmi
Cavab: 
Salam aleykum. Ölən insan üçün yas məqsədilə camaata yemək verməkdən çəkinmək lazımdır, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunun əksini, yəni digər insanların ölənin ailəsinə yemək verməyi əmr etmişdir, lakin kim istəsə ölən adamın adından sədəqə məqsədilə kasıblara və kimsəsizlərə yemək paylaya bilər. Sualınıza gəldikdə isə zina və digər böyük günahlar edən insan dindən çıxmadığı üçün onun cənazəsi də digər müsəlmanlar kimi yuyulur, kəfənlənir, cənazə namazı qılınır və müsəlman qəbristanlığında basdırılır. Həmçinin oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır? 
Paylaş: