Ad günü qeyd etmək olarmı?

    17.02.2014
Kimdən: 
tural muradov
Sual: 
Salam aleykum. Ad günü keçirmək barəsində səhih hədis yoxdur amma keçirtmək olmaz deyilən hədisdə yoxdu elə hədis var ki ad gününü haram desin?
Cavab: 

Aleykum salam. Quran və səhih hədislərdə olan dəlillər doğum gününü qeyd etmənin dində sonradan meydana gələn yeniliklərdən olduğunu və islam cəmiyyətində bunun heç bir əsası olmadığını göstərir. Şübhə yoxdur ki, doğum gününü qeyd etmək yəhudi və xristianların adət-ənənəsinə uymaq sayılır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özünün, nə də bir kəsin doğum gününü qeyd etməmiş və qeyd edilməsini buyurmamışdır. Əksinə olaraq Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavat və salamı olsun) bizi yəhudi və xristianların yoluna tabe olmaqdan çəkindirmiş və belə buyurmuşdur: "Şübhəsiz ki, siz öncəkilərin yoluna qarış-qarış , arşın-arşın uyacaqsınız. Hətta onlar bir kərtənkələ yuvasına girsələr, siz də onların ardınca girəcəksiniz” Səhəbələrdən biri: "Ey Allahın elçisi, onlar yəhudi və xristianlardır?" - deyə soruşduqda, - "Əlbəttə ki, onlardır" - buyurdu. (əl-Buxari və Muslim).
Digər bir hədisdə, Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurur: "Hər kim özünü bir topluluğa (qövmə) bənzədərsə, o da onlardandır". (İmam Əhməd).

Paylaş: